Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkədə bu məhsulun idxalında kəskin artım oldu

Ölkədə bu məhsulun idxalında kəskin artım oldu

Tarix: 24 Avqust 2024 19:28

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 16 min 57 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Milli.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə yağın dəyəri 85 milyon 311 min ABŞ dolları olub.

Bunlarötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 309 ton (64,7%), dəyər baxımından isə 31 milyon 218 min (57,7%) ABŞ dolları çoxdur.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,8%-ni təşkil edib.

Milli.Az


Etiketlər:  Ölkədə məhsulun idxalında kəskin artım oldu


RƏYLƏR