Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dinamo'' ilə oyunöncəsi ''Qarabağ''dan ŞAD XƏBƏR

''Dinamo'' ilə oyunöncəsi ''Qarabağ''dan ŞAD XƏBƏR

Tarix: 27 Avqust 2024 15:22

"Qarabağ"ın futbolçusu Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" ilə cavab matçında meydana çıxa biləcək.

Milli.Az xəbər verir ki, bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Romao mövsümdə 3-cü sarı vərəqəni alsa da, UEFA-nın yeni qaydalarına əsasən Zaqreb klubu ilə cavab matçında cəzalı durumda olmayacaq. Yeni qaydaya görə, iki təsnifat mərhələsindən sonra oyunçunun aldığı sarı vərəqənin biri silinir.

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo" oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrbdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb.

Milli.Az


Etiketlər:  Dinamo ilə oyunöncəsi Qarabağdan ŞAD XƏBƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ