Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeniyetmə cüdoçumuz ikiqat dünya çempionu oldu

Yeniyetmə cüdoçumuz ikiqat dünya çempionu oldu

Tarix: 29 Avqust 2024 08:30

Azərbaycanın yeniyetmə cüdoçuları Perunun paytaxtı Limada keçirilən dünya çempionatının ilk günündə iki medal qazanıblar.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan Nihad Məmişov bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib çıxıb.

2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə də eyni uğura imza atan N. Məmişov ikiqat dünya çempionu olub.

Məhəmmədəli Hüsiyev (50 kq) isə yarışda bürünc medal əldə edib.

Qeyd edək ki, turnir sentyabrın 1-də başa çatacaq.

Milli.Az


Etiketlər:  Yeniyetmə cüdoçumuz ikiqat dünya çempionu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ