Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanov: ''İki oyunda beş qol buraxmışıqsa...'' - MÜSAHİBƏ

Qurban Qurbanov: ''İki oyunda beş qol buraxmışıqsa...'' - MÜSAHİBƏ

Tarix: 29 Avqust 2024 09:24

"Futbolçulara deyəcək söz yoxdur, sonadək mübarizə apardılar".

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Dinamo" (Zaqreb, Xorvatiya) cavab matçından sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Səfərdə 0:3 hesabı ilə uduzan Ağdam klubunun çalışdırcısı Bakıda qeydə alınan 0:2 hesablı məğlubiyyəti şərh edib: "Əfsuslar olsun ki, məğlub olduq. Futbolçular çox əziyyət çəkdilər. Sonadək bizi dəstəklədikləri üçün azarkeşlərimizə təşəkkür edirəm. Qol epizodlarımız oldu. Daha çox meydanın rəqibə aid hissəsində oyunumuzu diqtə etmək istəyirdik. Müdafiəyəmeylli komanda bu epizodlardan qalib ayrılıb. Çatışmazlıqlar var və bunlara diqqət ayrılmalıyıq. Bəzi epizodlarda rəqibin ustalığını nəzərə almaq lazımdır. İstənilən halda iki oyunda beş qol buraxmışıqsa, nəyisə izah etmək düzgün çıxmaz. Belə oynayan komandaya qarşı bu qədər qol epizodu yaratmaq asan deyildi".

- Sizcə, məğlubiyyətdə komandanın yorğunluq payı nə qədər idi?

- Bu fikirlərin hər hansı bir əsası yoxdur. Bilmirəm, bu fikir hardan yaranıb. Yorğun komanda rəqibin cərimə meydançasında 3 metrdən qol epizodu yarada bilməz. Xorvatiyadakı oyundan sonra belə fikir formalaşdı. Necəsə nəticəni fiziki formaya gətiriblər. Aslan Kərimovun da belə bir fikrini oxumuşdum. Xorvatiya mətbuatından çıxmışdı, ya nədir bilmirəm. Futbol güc, sürət oyunudur. Biz səfərdə rəqibdən daha çox qaçmışıq. Submaksimal sürətimiz rəqibdən daha çox olub, maksimal sprintlər də həmçinin. İnanmıram ki, bugünkü göstəricilər də az olsun. belə fikir formalaşıb, maraqlı söz-söhbət yaranıb, yorğunluq, filan. Anlamıram. Futbolçu gərgin olanda hansısa dəqiqələrdə nəsə hiss edilir. Amma 33 yaşlı Zubir 90 dəqiqə meydanda dayanmırsa, Elvin 90 dəqiqə 80-90 metr hücuma gedib geri qayıdırsa, komanda bu qədər hərəkətli olduğu halda bu fikir mənə qəribə gəlir. Bizim işimiz normal gedir. Hər bir futbolçunun fiziki hazırlığını daha da qaldırmalıyıq. Bu tip turnirlərdə oynamaq üçün daha çox məşq etməliyik. Bu oyunda mən yorğunluq görmədim.

- Məğlubiyyətdən sonra transfer etməyi düşünürsünüzmü?

- Bu oyuna qədər də transfer axtarışında idik. İndi də axtarışlar gedir. Bizi qabaqda gərgin oyunlar gözləyir.

- Hakim qərarları haqqında nə düşünürsünüz?

- Ümumiyyətlə, öz sahəsində hansısa yuxarı səviyyədə insan haqqında danışmaq düzgün çıxmaz. Bilmirəm İngiltərədə necədir, ancaq düşünürəm ki, bu daha çox penaltı idi, nəinki qırmızı. Onsuz məğlub olmuşuq, son dəqiqələrdə hakimin ikinci sarı vərəqəni verməsi nə dərəcədə düzgündür. Biz bu gün hansısa hakimdən soruşsaq ki, buradakı vəziyyəti necə şərh edərdiniz, o, öz kolleqaların dediyini deyəcək.

- Markoların olmaması cütün taleyinə nə qədər təsir elədi?

- Bizim onlarsız da qalib gəldiyimiz oyunlar olub. Ancaq mən həmişə demişəm ki, oyunçuların hamısı sağlam olanda mənim üçün də dəyişiklər etmək rahatdır. Futbolçuların həvəsdən düşməməsi üçün soyunub-geyinmə otağında hər birinə təşəkkür etdim. Bir az üzgün idilər. Biz bir olub qarşıdakı turnirə hazırlaşmalıyıq. Əgər bu gün rəqib qalib gəlibsə, deməli, bizdən üstün idilər.

- İlk oyundankı məğlubiyyətə baxmayaraq, çox adam "Qarabağ"ın mərhələ keçəcəyinə inanırdı. Halbuki əvvələr belə bir şey olmayıb. Sizcə, bu inam nədən irəli gəlirdi?

- Dünən "Qalatasaray"ın oyununa baxanda düşündüm ki, azarkeşlərimiz belə bir oyunda üç-dörd qol vuracağımıza inanırlar. Bəlkə də azarkeşlərimizin əksəriyyəti rəqibin gücündən xəbərdar idilər, ancaq bizə motivasiya vermək üçün belə deyirdilər. Bir daha azarkeşlərə təşəkkür edirəm.


Etiketlər:  Qurban Qurbanov İki oyunda beş buraxmışıqsa MÜSAHİBƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ