Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2024 12:24
Yaponiyada qarpız yeməyin qeyri-adi üsulu məşhurdur. Bəzi sakinlər qarpızı yeməzdən əvvəl onun üzərinə duz səpirlər. Buna görə də Yaponiya mağazalarında qarpızın yanında müəyyən miqdarda duz qoyurlar. İlk baxışdan "qarpız + duz" birləşməsi qəribədir. Ancaq yoxlamağa dəyər.
Qarpızın üzərinə niyə duz səpmək lazımdır?
Sonxeber.net lent.az-a istinadən bildirir ki, az miqdarda duz şirin dadı çıxarmağa kömək edir.
Yeməkdən əvvəl qarpız bir az duzlana bilər. Böyük bir qarpız parçası üçün kiçik bir çimdik kifayət edəcəkdir.
Duzlu qarpızı həqiqətən bəyənəcəyiniz ehtimalı böyükdür. Bununla belə, eksperimentin nəticələrinin sizi məyus etməsi mümkündür.