Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2024 17:44
Fransa Vətənpərvər Partiyasının lideri Florian Filippot teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durovun həyatının təhlükə altında olduğunu bildirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçi bu haqda "X" sosial şəbəkəsində yazıb.
"Pavel Durov sayıq olmalıdır, onun həyatı təhlükədə ola bilər!", - o qeyd edib.
Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.