Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2024 16:45
"Dünən gecə saatlarına kimi fikirləşirdim ki, "Qarabağ"ımız Avropa futbolunun "Tottenhem", "Ayaks" və digərləri kimi nəhəngləri ilə necə oynayacaq? Ancaq xəyallar gerçəkləşir və düşüncələrim obyektə fiziki bədənimdən əvvəl çatdı".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə yazıb. "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovla fotosunu izləyiciləri ilə bölüşən sənətçi təsadüfən onunla kafedə rastlaşdığını bildirib:
"Kafedə oturub çay içirəm, bir də görürəm ki, Qurban Qurbanov məkana kofe içmək üçün gəlir. Məşqdən əvvəl biri-birimizə müsbət enerji yüklədik, xəbər mübadiləsi etdik, futboldan başqa hər şey haqda danışdıq. Ümid edirəm ki, biri-birimizi yaxşı dəstəklədik. Ona yeni oyunlarında uğurlar arzuladım. Qurban Qurbanova polad xasiyyətinə görə, təkcə futbol deyil, gəncləri motivasiya etdiyinə görə təşəkkür edirəm! Elə xarizmatik bir şəxsiyyətdir ki, ondan hər şeyi öyrənmək istəyirsən - necə davranmağı, danışmağı, öz həyat yolunu qurmağı, necə belə stilli, özünəinamlı və güvənən insan olmağı. Bilirəm ki, onun minlərlə azarkeş ordusu, o cümlədən mən də ondan çox şey öyrənirik. Ona dedim ki, həmyaşıd olsaq da, tez özümdən çıxmaq xasiyyətim mənə qalib gələndə, Qurbanın böyük səbrini həmişə xatırlayıram, coşqunluğumu azaldıram. Hər şeyə görə sağ ol Qurban".
Qeyd edək ki, Qurban Qurbanovun komandası mərhələyə sentyabrın 26-da "Tottenhem"lə Londondakı oyunla start verəcək.
Milli.Az