Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yazıçı David Toskananın Bakıya səfəri davam edir

Yazıçı David Toskananın Bakıya səfəri davam edir

Tarix: 29 Noyabr 2019 23:15

Bakı. Trend:

Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə məşhur meksikalı yazıçı Azərbaycanda səfərdədir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, ilk həftə ərzində bir sıra tədbirlər baş tutub: Dövlət Tərcümə Mərkəzinin direktoru Afaq Məsud ilə görüş, Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova ilə görüş və həmin universitetinin ispan dili üzrə təhsil alan tələbələr üçün konfrans, eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və Birliyin üzvləri ilə görüş.

Qeyd olunan görüşlər zamanı milli ədəbiyyat və onun çağdaş cərəyanları haqqında dəyərli biliklər mübadiləsi aparılmışdır. Yazıçı David Toskana, öz növbəsində, yaradıcılığı və 14 dilə tərcümə edilmiş əsərləri haqqında məlumatı təqdim etdi. Eyni zamanda, böyük marağa səbəb olan və növbəti görüşlərə dair istəklərin ifadə olunduğu iki konfrans zamanı iştirakçıların sualları cavablandırıldı. Meksikalı yazıçı isə Azərbaycan ədəbiyyatından heyran və onu kəşf etməkdə maraqlı olduğunu ifadə etdi.

Qeyd etmək lazımdır ki, bugün noyabrın 29-u saat 18:00-da Bakı Kitab Mərkəzində meksikalı yazıçı ilə görüş baş tutacaq.

1961-ci ildə Monterrey şəhərində anadan olub. Tula Stansiyası, Sirkin Müqəddəs Məryamı, Lontananza, Miqel Pruneda acısı, Son oxucu, Parlaq ordu, Königsberg körpüləri, Şeytanın apardığı şəhər, Evanxelia və Oleqaroy kimi əsərlərin müəllifidir. David Toskana Ayova Universitetinin Beynəlxalq Yazıçılar Proqramı və Berliner Künstlerprogramm-da iştirak edib. Milli Yaradıcılar Sisteminin üzvüdür.

Onun Son oxucu romanı Antonin Artaud və Xose Fuentes Mares mükafatlarına layiq görülmüşdür; Parlaq ordu isə Amerika Evi tərəfindən təqdim olunan Xose Mariya Arqedas mükafatını almışdır. Oleqaroy, öz növbəsində, Xavyer Viyaurrutia 2017 və Elena Poniatovska adına Latın Amerikası mükafatlarına layiq görülmüşdür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yazıçı David Toskananın Bakıya səfəri davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ