Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Formula-1'' Qran-prisinin qalibi bəlli oldu

''Formula-1'' Qran-prisinin qalibi bəlli oldu

Tarix: 2 Sentyabr 2024 10:46

"Ferrari" komandasının pilotu Çarlz Lekler (Monako) Monza trasında komandanın ev yarışmasında "Formula-1" İtaliya Qran-prisinin qalibi olub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "RBC" məlumat yayıb.

Məlumata görə, ikinci yeri "McLaren"in avstraliyalı pilotu Oskar Piastri, üçüncü yeri isə britaniyalı komanda yoldaşı Lando Norris tutub.

"Formula-1" çempionu Maks Ferstappen (Niderland) "Red Bull" komandasından altıncı olub.

Niderlandlı pilot 303 xalla fərdi turnir cədvəlinə başçılıq etməkdə davam edir. İkinci yerdə Norris (241), üçüncü yerdə isə Lekler (217) qərarlaşıb. Konstruktorlar kubokunda "Red Bull" liderdir (446), "McLaren" ikinci (438), "Ferrari" isə üçüncüdür (407).


Etiketlər:  Formula Qran prisinin qalibi bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ