Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paris-2024: Lamiyə Vəliyeva finalda

Paris-2024: Lamiyə Vəliyeva finalda

Tarix: 3 Sentyabr 2024 13:22

13:19

Paris Yay Paralimpiya Oyunlarının 6-cı günündə daha bir paralimpiyaçımız öz gücünü sınayıb.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, paralimpiya və 4 qat dünya çempionu Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda özünü yoxlayıb.

O, mübarizəsini birinci yerdə tamamlayaraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, yarışın bu kateqoriya üzrə final mərhələsi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

----------
12:36


Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, paralimpiya və 4 qat dünya çempionu Lamiyə Vəliyeva bu gün - yarışın altıncı günündə mübarizəyə qoşulacaq.

O, T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda gücünü sınayacaq.

Yarışın bu kateqoriya üzrə təsnifat mərhələsi saat 13.04-də, final mərhələsi isə 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.


Etiketlər:  Paris 2024 Lamiyə Vəliyeva finalda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ