Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2019 22:16
Bakı. Trend:
İraq hakimiyyəti korrupsiya ilə bağlı cinayətlərə baxılması üçün Mərkəzi Məhkəmə yaradıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İraqın baş nazirinin nümayəndəsi Saad əl-Hədisi deyib.
S.əl-Hədisi bildirib: "Korrupsiya cinayətlərinə baxan mərkəzi məhkəmə yaradıldı. Məhkəmə, korrupsiya işlərində iştirak etməkdə ittiham edilən İraq rəsmilərinə hökm çıxaracaq. Məhkəmə tərəfindən artıq korrupsiyada ittiham edilənlərə məxsus vəsaitlərə həbs qoyulub".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin