Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2024 21:00
ABŞ-dən olan ikiqat olimpiya çempionu vəfat edib.
Milli.Az bildirir ki, Oxu.Az bu barədə Sport-express.ru-ya istinadən xəbər verir.
Atlet 92 yaşında ölüb.
Qeyd edək ki, Otis Devis dünya atletika tarixinə fenomenal nailiyyətləri ilə daxil olub. 1960-cı ildə Romada keçirilən Olimpiya Oyunlarında o, iki qızıl medal qazanıb - 400 metr məsafədə və 4x400 metr estafetində. Onun fərdi qaçışdakı qələbəsi əsl sensasiya olub - Devis yarışın favoriti olan alman Karl Kaufmanı fotofinişdə qabaqlayaraq 44.9 saniyəlik nəticə göstərib. Bu nəticə yeni dünya rekordu olub və tam üç il qüvvədə qalıb.
Milli.Az