Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2024 00:22
BMT İsrail və Livan arasında vəziyyətin gərginləşməsindən, xüsusən də İsrailin Beyruta hava hücumundan son dərəcə narahatdır və bütün tərəfləri maksimum təmkinli olmağa çağırır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu brifinqdə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"İsrail-Livan sərhədindəki eskalasiyadan, o cümlədən Beyruta ölümcül zərbədən çox narahatıq. Bütün tərəfləri dərhal deeskalasiyaya çağırırıq, hər kəs maksimum dərəcədə təmkin nümayiş etdirməlidir", - deyə o bildirib.