Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Friends”in ulduzundan ÜZÜCÜ XƏBƏR

“Friends”in ulduzundan ÜZÜCÜ XƏBƏR

Tarix: 24 Sentyabr 2024 17:36

1994-2004-cü illərdə NBC kanalında yayımlanan məşhur "Friends" (Dostlar) serialının ulduzu Mett LeBlanın son görüntüsü pərəstişkarlarını narahat edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, serialda "Joey" obrazını canlandıran 57 yaşlı aktyor bu ayın əvvəlində Los-Ancelesdə görüntülənib.

Onun tanınmaz halda göründüyü bildirilib. Həmçinin aktyorun son vaxtlar özünə qapandığı və ondan tez-tez xəbər alınmadığı da deyilir.

Məlumata görə, o, eyni serialda rol aldığı həmkarı Metyu Perrinin faciəli şəkildə ölümündən sonra ictimaiyyət arasına çıxmayıb.

"In Touch Weekly" nəşrinə danışan mənbə bildirib ki, aktyorun həmkarları bu durumdan çox narahatdırlar: "Əvvəllər çox şən, xoşbəxt bir insan idi, amma indi elə bil onların yanında olmağa layiq hiss etmir. Aydındır ki, onun özünə inamı zədələnib və siz onun fiziki olaraq da zəiflədiyini görə bilərsiniz. Son faciə onlara həyatın nə qədər qısa və qiymətli olduğunu öyrətdi".

Xatırladaq ki, Metyu Perri ötən ilin oktyabr ayında evində ölü tapılmışdı. Onun ölüm səbəbinin yüksək dozada narkotik maddə qəbulu olduğu bildirilmişdi.

Milli.Az


Etiketlər:  Friendsin ulduzundan ÜZÜCÜ XƏBƏR


RƏYLƏR