Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nə edim, traktorda gəzim?''

''Nə edim, traktorda gəzim?''

Tarix: 9 Oktyabr 2024 09:10

"Bir aparıcı çıxıb deyir ki, aparıcıların evi, maşını var. Nə edim, traktorda gəzim?".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər aparıcısı olduğu verilişdə deyib. O, həmkarlarından birinin aparıcıların mülklərini tənqid etməsindən danışıb:

"25 ildir bütün həyatımı televiziyaya həsr etmişəm. Azərbaycan xalqının ən çox baxdığı verilişlər aparmışam. Başa düşmürəm niyə maşınım olmasın? Yana-yana yazıb ki, aparıcıların yeni tikilidə evi, maşını var. Ağacda yatmalıyam? Dünənki uşağın maşını var. İşləyən adam niyə maşın almasın? Rusiyalı aparıcının Mayamidə iki villası var. Kimsə deyir niyə var? Acun Ilıcalıdan danışım, kimdən danışım? Verilişlərdə təzyiq tapmışam, nə böyük işlər görmüşəm. Deyir, filankəs yeni evdə yaşayır, maşın sürür. Utanmaz. Hərənin ağzından bir söz var. Şəklimi qoyub nələr yazırlar".


Etiketlər:  edim traktorda gəzim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ