Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna “həbs edin” dedi, əvəzində medal verdilər

Ukrayna “həbs edin” dedi, əvəzində medal verdilər

Tarix: 11 Oktyabr 2024 13:08

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov türkmən şairin medalını Aşqabada gələn Rusiya Federasiyasının rəhbəri Vladimir Putinə təqdim edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, dövlət başçılarının görüşü "Zamanların və sivilizasiyaların münasibətləri" beynəlxalq forumu çərçivəsində baş tutub.

"Hörmətli Vladimir Vladimir, mən sizi "Məhtumqulu Bayrağı" yubiley ordeni ilə təltif etmək qərarına gəldim", - deyə Sərdar Berdiməhəmmədov bildirib.

O, bu medalın Rusiya ilə Türkmənistan və onların xalqları arasında möhkəm dostluğun daha bir simvoluna çevriləcəyini vurğulayıb.

Xatırladaq ki, Putinin səfəri ərəfəsində Ukrayna Xarici İşlər Nazirliyi Türkmənistanı Putini Aşqabadda gözlənilən səfəri zamanı həbs etməyə çağırmışdı.


Etiketlər:  Ukrayna həbs edin dedi əvəzində medal verdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ