Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

25-ci “Bakutel” sərgisinə həsr olunan mətbuat konfransı keçirilib

25-ci “Bakutel” sərgisinə həsr olunan mətbuat konfransı keçirilib

Tarix: 3 Dekabr 2019 09:36

3-6 dekabr tarixlərində "Bakutel" 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi təşkil olunacaq. Bu gün tədbirlə bağlı mətbuat konfransı keçirilib.

 

Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Regional Rabitə Birliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" şirkəti çıxış edir. Tədbirin baş sponsoru "Azercell" şirkətidir. Sərginin sponsoru qismində İsveçrənin "Mitto" şirkəti də çıxış edir.

 

Mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Bakutel" sərgisinin ildən-ilə əhəmiyyətinin və iştirakçıların sayının artdığını, yubiley sərgisinə 23 ölkədən 238 şirkətin qatılacağını deyib.

 

Nazir müavini qeyd edib ki, ölkəmizin İKT sahəsini tərənnüm etdirən, dünyaya çatdıran "Bakutel 2019" sərgisi bu sahədə regionun ən önəmli tədbirlərindəndir. Sərgidə 25 il ərzində 50 ölkədən 3 min şirkət təmsil olunub və 160 min ziyarətçi iştirak edib.

 

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu tədbiri dəstəkləyir. Hər il sərgidə il ərzində gördüyümüz işlərə yekun vururuq. Nazirlik tərəfindən təşkil olunan milli pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, "Elektron imza" infrastrukturu, Data Mərkəzin "bulud" texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də bir sıra startap layihələri yer alıb. Sərginin ikinci zalında "IoT" (əşyaların interneti) texnologiyaları təqdim olunacaq. Azərbaycanda son illər bu istiqamətdə də bir sıra tədbirlər həyata keçirilir", – deyə E.Vəlizadə bildirib.

 

Nazir müavini "Bakutel 2019" sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 9 qurumunun müxtəlif xidmət və layihələrini nümayiş etdirəcəyini vurğulayıb.

 

 




Etiketlər:  Bakutel sərgisinə həsr olunan mətbuat konfransı keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ