Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deyirlər ki, Ağadadaş Ağayev rəhmətə gedib…

Deyirlər ki, Ağadadaş Ağayev rəhmətə gedib…

Tarix: 14 Oktyabr 2024 14:30

Səhhətimin pisləşməsi və ölkədən getməyimlə bağlı yayılan xəbərlər əsassızdır.

Sonxeber.net xəbər verir ki, bu sözləri Globalinfo.az-a xalq artisti Ağadadaş Ağayev son günlər haqqında yayılan şayiələr haqda danışarkən deyib.

O, barəsində yalan məlumatlar yayıldığını bildirib:

"Deyirlər ki, guya Ağadadaş Ağayev ağır xəstədir və ya rəhmətə gedib. Tamamilə sağlamam və həyatdayam. Düzdür, bir müddət əvvəl səhhətimdə problem var idi, amma sonra müalicə alıb, sağaldım və əvvəlki qaydada sağlam həyatımı yaşayıram".

A.Ağayev ölkədən çıxması xəbərinə belə reaksiya verib:

"Məlum məsələ ilə bağlı istintaq aparılır. Belə bir məqamda, araşdırma dövründə ölkəni necə tərk edə bilərəm?! Ölkədəyəm, övladlarımın, ailəmin, məni sevənlərin yanındayam. 3 gün öncə autizmli uşaqlar üçün restoranımda tədbir təşkil etmişdim. Allahın izni ilə 8 noyabr Zəfər Günü münasibəti ilə də şəhid ailələri və fiziki məhdudiyyətli uşaqlar üçün tədbir planlamışıq".


Etiketlər:  Deyirlər Ağadadaş Ağayev rəhmətə gedib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ