Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kolleclərə direktor müaviniləri təyin olundu

Kolleclərə direktor müaviniləri təyin olundu

Tarix: 15 Oktyabr 2024 09:40

Kolleclərə direktor müavinləri təyin olunub.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, təyinatlarla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müvafiq əmrlər imzalanıb.

Əmrlərə əsasən, Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, Nərmin Hətəmova 2013-2022-ci illərdə  müxtəlif müəssisələrdə məktəbəqədər təhsil sahəsi üzrə çalışıb.

Nigar Səfxanova isə 2018-2022-ci illərdə Göygöl rayonunun Üçbulaq kənd ümumi orta məktəbində müəllim vəzifəsində çalışıb, 2022-ci ildən isə həmin məktəbin direktoru vəzifəsini icra edib.


Etiketlər:  Kolleclərə direktor müaviniləri təyin olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ