Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2019 16:36
“Mançester Yunayted”in futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasının 15-ci turunda "Tottenhem"lə oyunu buraxacaq.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ole Qunnar Sulşer məlumat verib. O, zədədən bərpası davam edən 26 yaşlı yarımmüdafiəçinin hələ oynamağa hazır olmadığını deyib: “Ona bir az vaxt lazımdır. Çox çalışır. Məşqdə onun necə olacağına baxacağıq”.
Qeyd edək ki, "Mançester Yunayted" - "Tottenhem" görüşü sabah keçiriləcək.