Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2024 21:25
21:24
Müğənni Damla bir neçə gün əvvəl plastik əməliyyat etdirib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi instaqram səhifəsində keçirdiyi əməliyyatın təfərrüatlarını açıqlayıb.
Damla bildirib ki, bədənşəkilləndirmə əməliyyatı keçirib:
"Bu əməliyyatı dünya ulduzundan eşitmişdim. Bir aparat var. Onun köməkliyi ilə bədənşəkilləndirmə icra olunur. Bu əməliyyatla dəri bərkiyir və sıxlaşır. Bədənimdən yağ aldırmaq istəmirəm. Abdominoplastika (qarın gərmə əməliyyatı - red.) ümumiyyətlə istəmirəm. Heç zaman bu əməliyyatı keçirməmişəm. Sadəcə istədiyim dərimin bərk olmasıdır. Mən tez-tez arıqlayıb, kökəlirəm".
-------------
2024.10.29
Müğənni Damla xəstəxanadan görüntülərini paylaşıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi əməliyyata yollandığını nümayiş etdirib. O, hansı səbəbdən bıçaq altına yatdığını açıqlamayıb.
Qeyd edək ki, Damla bundan əvvəl bir neçə dəfə plastik əməliyyat etdirib.