Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2024 15:08
Rusiyanın Ukraynaya hücumundan öncə Qərb Prezident Vladimir Zelenskidən video çəkməsini istəyirdi.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba "ABŞ-Ukrayna. Ağ Evin məxfi sənədləri" adlı verilişdə deyib.
Kulebanın sözlərinə görə, Qərbdə Zelenskinin öldürülməsini mümkün hesab edirdilər:
"Ukraynanın böyük dostlarından biri geri qayıdacağımı deyəndə mənə mesaj göndərdi və dedi ki, Zelenski video çəkməlidir. ABŞ vitse-prezidenti Kamala Harris Zelenskiyə mühacirətdə hökumətin yaradılmasına hazırlaşmağı, həmçinin Ukraynanı partizan müharibəsinə hazırlamaq üçün hərbi yollar axtarmağı tövsiyə etmişdi".