Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''O qadında ki, abır, həya, ismət olmadı ona xanım söhbəti yaraşmır''

''O qadında ki, abır, həya, ismət olmadı ona xanım söhbəti yaraşmır''

Tarix: 5 Noyabr 2024 13:10

"Müğənnilər efirdə oturub, özlərini elə aparıb, görsədirlər ki... Amma onlar o deyillər. Hamı da bunu bilir".

Sonxeber.net xəbər verir ki, bu sözləri meyxanaçı İntiqam Rüstəmov qonaq olduğu "Rəngarəng" verilişində deyib.

Meyxanaçı qadın müğənnilərinə "xanım" deyə müraciət etməməsinin səbəbini belə açıqlayıb:

""Xanım" və "bəy" sözü mənim üçün müqəddəsdir. "Gedə"yə "bəy", hər qadına da mən "xanım" deyə bilmərəm. Xanım ən birinci mənim üçün anam olub. Allah ona rəhmət eləsin. O qadında ki, abır, həya, ismət olmadı ona xanım söhbəti yaraşmır. Mən qadın müğənnilərini görəndə onlara adı ilə və ya "gözəl insan" deyərək müraciət edirəm. Xanım demirəm".


Etiketlər:  qadında abır həya ismət olmadı xanım söhbəti yaraşmır


RƏYLƏR