Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2019 13:08
“Mançester Yunayted”in əfsanəvi futbolçusu Rayan Giqqz Uels millisini də uğura doğu aparır. Ancaq bir neçə il əvvəl etdiyi səhv onu rahat buraxmır.
Qol.az xəbər verir ki, 46 yaşlı çalışdırıcının qardaşı Rodri Giggsin illər sonra verdiyi açıqlama Britaniya, eləcə də dünya mətbuatında gündəmi zəbt edib.
Rodri qardaşının ona həyat yoldaşı ilə xəyanət etməsi ilə bağlı ilk dəfə mətbuata danışıb. O, bu hadisədən sonra qardaşı ilə danışmadığını deyib. Rodri anasının da Rayanın tərəfini tutduğunu və onunla danışmadığını bildirib:
“Çünki mənim 35 medalım yoxdur, “Mançester Yunayted”də 20 il oynamamışam və böyük bir evə sahib deyiləm. Sanki xəyanəti mən eləmişəm. 3 uşağım var. Biri 3, digəri 5 yaşından anamla danışmır. O biri 7-8 ildir anamı görmür. Ailəmdəm heç kimlə danışmıram. Amma hamısı Rayan ilə danışırlar. Onlar Uelsdə yaşayır, Rayanın hesabına gözəl həyat sürürlər. Onların sevdiyi budur”.
Həyat yoldaşı Nataşa ilə qardaşının arasında yaşananları atasında öyrəndiyini deyən Rodri həmin gündən bir gün əvvəl Nataşanın uşaqlarını da götürüb, İspaniyaya getdiyini deyib.
Rodri ilə Nataşa 2010-cu ildə evlənib. Bir ildən sonra isə məlum hadisəyə görə ayrılıblar. Rayan Giqqs isə 2017-ci ildə həyat yoldaşı ilə boşanıb.
Xatırladaq ki, Rayan Giqqsin atası Denni Uilson da ötən il oğlu haqda şok açıqlamalar vermişdi. O, qardaşının arvadı ilə 8 il eşq məcarası yaşayan oğlunu ləyaqətsiz adlandırmışdı.