Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2024 17:52
Meksikanınn Keretora ştatının eyniadlı şəhərindəki barlardan birində silahlı insidentt olub.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə ştatın İctimai Təhlükəsizlik İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edilir ki, 4 silahlı şəxs avtomobillə bara gəlib. İdarənin rəhbəri Xuan Luis Ortis bildirib ki, cinayətkarların atəş açması nəticəsində azı 10 nəfər ölüb, daha 7 nəfər yaralanıb.
Polis istintaq çərçivəsində 1 şübhəlini saxlayıb.