Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2019 15:00
Bakı. Trend:
Beynəlxalq Olimpiya Komitəsinin (IOK) İcariyyə şurası karatenin 2022-ci ildə Yeniyetmələrin Olimpiya oyunlarının proqramına daxil edilməsi ilə bağlı qərar qəbul edib.
Trend-in məlumatına görə, Seneqalın Paytaxtı Dakarda Yeniyetmələrin Olimpiya Oyunları 21 oktyabr-15 noyabr tarixlərində keçiriləcək. Yarış altı kumite kateqoriyasından ibarət olacaq. Oğlanlar və qızlar 3 çəki dərəcəsində mübarizə aparacaqlar. İştirakçıların sayı isə 8-dən 12-dək artırılacaq.
Xatırladaq ki, karate ilk dəfə 2018-ci ildə Buenos-Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarının proqramına salınıb. Keçən yarışda hər çəki dərəcəsində 8 idmançı iştirak etmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin