Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir suya qənaətdən danışdı: Su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır

Nazir suya qənaətdən danışdı: Su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır

Tarix: 4 Dekabr 2019 18:28

Bakı. İlhamə İsabalyeva - Trend:

Suya qənaət olunmalıdır, çünki bir çox ölkələrdə olduğu kimi, bizdə də bu sahədə çətinliklər var.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 6-cı iclasında deyib.

Nazir bildirib ki, Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır və suyun 70%-i sərhədlərdən kənarda formalaşır:

"Son zamanlar respublikanın əksər çaylarında, o cümlədən iri tranzit çaylarda sululuq normadan aşağıdır. İqlim dəyişikliyi nəticəsində su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır.

Ölkə əhalisinin artması və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı səbəbindən suya olan təlabat artır. Suya qənaət olunması üçün beynəlxalq praktikaya uyğun olaraq çevik su idarəçiliyi tətbiq edilməlidir.

Gələcəkdə bu problemlə üzləşməmək üçün su itkilərinin qarşısı alınmalı, suya qənaət edən müasir texnologiya və avadanlıqlardan istifadə olunmalıdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazir suya qənaətdən danışdı resurslarımız azalıb prosesin davam edəcəyi proqnozlaşdırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ