Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və iranlı nazirlə ikitərəfli görüş keçirib (FOTO)

Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və iranlı nazirlə ikitərəfli görüş keçirib (FOTO)

Tarix: 4 Dekabr 2019 23:51

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao ilə ikitərəfli görüş keçirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə ölkəmizin sözügedən təşkilatın ali idarəetmə orqanı olan Şuranın üzvü kimi fəaliyyəti və qurumla gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Tərəflər arasında regional təşəbbüs layihəsi imzalanıb. Müqaviləyə əsasən, BTİ-nin maliyyə dəstəyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İKT LAB” Tətbiq və Tədris Mərkəzi tərəfindən 2020-2021-ci illərdə “Qadınlar üçün İT sahədə multimedia onlayn kurs və veb portalın inkişafı” adlı layihə həyata keçiriləcək.

Qeyd edilən layihə qadınların və qızların rəqəmsal hazırlığının inkişafına xüsusi töhfə verəcək. Layihənin icrası nəticəsində onlayn portal yaradılacaq və burada ana dilimizdə interaktiv multimedia kursları keçiriləcək. Kursları bitirən xanımlar BTİ-nin onlayn sertifikatı ilə təltif ediləcək. Layihənin əsas məqsədi ölkəmizin hər bir nöqtəsində xanımların İKT sahəsi, xüsusilə proqramlaşdırma üzrə karyera qurmasına dəstək verməkdir. Eyni zamanda, ödənişsiz onlayn kurslara qoşulan xanımlar “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin ölkənin 19 regionunda olan tədris mərkəzlərində sərbəst şəkildə onlayn kurslarda iştirak edə biləcəklər. Onlayn təlimlərə 2020-ci ildə start veriləcək.

Nazir Ramin Quluzadə, həmçinin İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cahromi ilə görüş keçirib. Ramin Quluzadə görüşdə “Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində İranın 15 şirkəti və startapının iştirakının əhəmiyyətini vurğulayıb.

Danışıqlar zamanı, həmçinin sərhədyanı ərazilərdə radiotezlik resurslarından istifadənin koordinasiya edilməsi, o cümlədən iki ölkə arasında innovasiyalar və startap ekosisteminin inkişafı sahələrində perspektiv əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və iranlı nazirlə ikitərəfli görüş keçirib (FOTO) Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və iranlı nazirlə ikitərəfli görüş keçirib (FOTO) Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və iranlı nazirlə ikitərəfli görüş keçirib (FOTO) Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və iranlı nazirlə ikitərəfli görüş keçirib (FOTO) Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və iranlı nazirlə ikitərəfli görüş keçirib (FOTO) Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və iranlı nazirlə ikitərəfli görüş keçirib (FOTO)


Etiketlər:  Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi iranlı nazirlə ikitərəfli görüş keçirib FOTO


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR