Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlar arasında təhlükəli virus YAYILIB - qızılcaya bənzəyir - VİDEO

Uşaqlar arasında təhlükəli virus YAYILIB - qızılcaya bənzəyir - VİDEO

Tarix: 21 Noyabr 2024 00:54

Uşaqlar arasında təhlükəli virus yayılıb.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, əsasən 5-15 yaş aralığında uşaqların çox yoluxduğu virus qrip kimi xəstəliklərlə  oxşar simptomlarla müşayət olunduğundan valideynlər arasında çaşqınlıq yarada bilir.

İnfeksionist Aytən Ziyadova deyir ki, son zamanlar azyaşlılar arasında yayılan virusu bəzən qızılca xəstəliyinə də bənzədirlər. Lakin qızılcadan fərqli olaraq bu virusdan qaynaqlanan səpkilər mərhələli şəkildə yox tam yayılır.

Aytən Ziyadova əlavə edib ki, virusa yoluxan uşaqların yetərsiz və ya səhv müalicə edilməsinin nəticəsi ağır ola bilər. Belə ki, düzgün müayinə və müalicə edilməzsə böyrək çatışmazlığı kimi həyati təhlükələrə səbəb ola bilər.

İnfeksionistin sözlərinə görə, virus yoluxduğu bədəndə bir başa ürək əzələlərinə də təsir edə bilir ki, bu zaman ürək ritminin pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də sözügedən simptomlarla qarşlışan valideynlər diqqətli olmalıdırlar.

Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:


Etiketlər:  Uşaqlar arasında təhlükəli virus YAYILIB qızılcaya bənzəyir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ