Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəm qazı daha bir tələbənin canını aldı

Dəm qazı daha bir tələbənin canını aldı

Tarix: 5 Dekabr 2019 10:02

Bakı. Samir Əli - Trend:

Bakıda daha bir tələbə dəm qazından boğulub.

Trend-in məlumatına görə, hadisə dekabrın 4-də baş verib.

Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Dadaşov Nurlan Akif oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub.

N.Dadaşovun meyiti otaq yoldaşları tərəfindən aşkar edilib.

Məlumata görə, N.Dadaşov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dəm qazı daha tələbənin canını aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ