Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2024 00:20
Son günlər mağazalarda Yeni il üçün hazır hədiyyə qutuları satışa qoyulub. Qutuların içini isə alıb evdə açdıqdan sonra görmək olur. Paytaxt sakinləri deyirlər ki, sözügedən hədiyyə qutularının içində bəzən istifadə müddəti bitmiş köhnə məhsullar olur.
Nəzərə alsaq ki, bu hədiyyə qutuları uşaqlar üçün alınır, diqqətli olmağın nə dərəcədə vacib olduğunu deməyə ehtiyac yoxdur.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, eskpertlər tövsiyə edirlər ki, belə hədiyyələrin evdə hazırlanması daha məqsədəuyğundur.
Qida eksperti Ağa Salamov deyir ki, hazır şəkildə alınmış bəzi məhsullar qida zəhərlənməsinə də səbəb ola bilər.
Eskpert qeyd edib ki, belə məhsulları alan zaman kassa çeki götürmək və onu saxlamaq lazımdır. Həmçinin də hədiyyəlik məhsulun üzərindəki istehsal və son istifadə tarixlərinə baxmaq mütləqdir.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: