Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2024 20:52
Qısa videoların (Reels, Shorts) daimi izlənməsi insanın ağıllı düşünmə qabiliyyətini azalda bilər. Müasir dövrdə bir dəqiqəyə qədər olan videolar daha çox populyarlıq qazanır. Bu səbəbdən "beyin çürüməsi" (ingiliscə "brainrot") termini getdikcə daha çox işlənməyə başlanılıb.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, hətta Oksford İngilis dili lüğəti bu termini 2024-cü ilin ən popular sözü kimi təqdim edib.
Bu terminin niyə belə məşhurlaşdığını psixiatr Vasili Şurov açıqlayıb.
Həkimin sözlərinə görə, əvvəllər heç kim bu cür videolara iki saat, dayanmadan baxmırdı.
"Reels tipli mənasız qısa videoların əsas təhlükəsi rəqəmsal asılılıqdır," - deyə Şurov Life.ru-ya bildirib.
O, izah edib ki, kadrların sürətlə dəyişməsi rəqəmsal şirkətlərin yaratdığı asılılıqdır. Beyin yeni və maraqlı bir şey axtarır, nəticədə isə yalnız "dopamin partlayışı" əldə edir. İnsanlar da bu videolarla xoşbəxt olduqlarını zənn edirlər. Beləliklə, qısa videolar insanın əqli fəaliyyətini həqiqətən də zəiflədə bilər.
Xüsusilə, saatlarla qulaqlıqlarla video izləyən insanların beyni daha çox zərər görür. Burada artıq videoların məzmununun heç bir əhəmiyyəti yoxdur.
Qeyd edək ki, son araşdırmalardan birində alimlər müəyyən ediblər ki, gündə dörd saat qulaqlıq istifadə etmək beyində geri dönməyən dəyişikliklərə səbəb ola bilər.