Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuq payız aylarında boğaz ağrısı problemi - FOTO

Soyuq payız aylarında boğaz ağrısı problemi - FOTO

Tarix: 9 Dekabr 2024 14:42

Payız fəsli artıq özünü göstərməkdədir. Havanın hərarəti düşür, tez-tez yağış yağır, sərt küləklər əsir. Havanın tez-tez dəyişməsi, insanların düzgün geyim seçə bilməməsi və bu səbəbdən soyuqlaması bəzi respirator xəstəliklərin baş qaldırmasına səbəb olur. Payız mövsümündə insanların ən çox qarşılaşdıqları xəstəlik boğaz ağrılarıdır.

Payızın gəlişi ilə havanın hərarətinin kəskin qalxıb-düşməsi qrip və angina kimi xəstəliklərin yaranmasına şərait yaradır. Bu mövsümdə ən çox yayılan aktual problem boğaz ağrılarıdır. Boğaz ağrısı boğaz nahiyəsində yaranan, udqunma zamanı artan, quruluq və qıcıqlanma hissiyyatı ilə müşayiət olunan bir haldır.
Çox zaman boğazdakı ağrı xüsusilə də udma zamanı yaranan ağrıının əsas səbəbi virus və ya bakterial mənşəli infeksiyadır. Patoloji törədici, hava və ya məişət yolu ilə ağız-udlağın selikli qişasına daxil olur, orada məskunlaşır və aktiv həyat fəaliyyətinə başlayır. Tərləmə, ağrı, səsin dəyişməsi və öskürək görünüşü patogen flora tərəfindən böyümə və çoxalma zamanı əmələ gələn toksinlərin toplanmasını göstərir. Selikli qişanın mexaniki zədələnməsi və soyuqdəymə immuniteti zəiflədir, xəstəlik törədən bakteriyaların artıb çoxalmasına səbəb olur.

Boğaz ağrısının müalicəsi. Boğaz ağrısının səbəbindən asılı olaraq xəstəyə virusəleyhinə və ya antibakterial dərmanlar təyin olunur. Refluks və vegetativ funksiyanın pozulması sindromu zamanı yayındırıcı terapiya kimi sorma pastillərdən istifadə olunur. Angina zamanı isə düzgün antibiotik və ya effektiv virusəleyhinə dərman təyin etmək, eyni zamanda yerli təsirli antiseptik və ağrıkəsici vasitələrdən istifadə etmək vacibdir. Stomatitlərin müalicəsi zamanı etiotrop dərmanlara əlavə olaraq, ağız boşluğunun müntəzəm qarqara etmək üçün preparatlar təyin olunur. Faringit, tonzillit, herpetik boğaz ağrısı, adenoidit və laringit zamanı əksər hallarda törədicisi virus infeksiyası olduğu üçün virusəleyhinə dərmanlarla müalicə aparmaq uğurlu nəticə verir.
Boğaz üçün sorma həblərdən istifadə etdikdə, udarkən narahatlığı tez bir zamanda aradan qaldırmağa, toxumaların şişkinliyini və qızartını azaltmağa, iltihabın mərkəzindəki bakteriyaların konsentrasiyasını azaltmağa kömək edir. Bir çox dərmanın tərkibi antiseptik və yerli anestetik olduğu üçün daha tez terapevtik təsir müşahidə olunur.

Boğaz ağrılarını isə ev şəraitində boğaz ağrısı üçün olan sorma pastillərdən istifadə etməklə sağalmaq olar. Agisept yerli istifadə üçün antiseptik preparatdır.

Tərkibinə daxil olan komponentlər anında hərəkət edərək ağrıları aradan qaldırır və boğazdakı infeksiya ilə mübarizə aparır. Boğaz ağrısını sakitləşdirir.

Agisept sorma pastili 3 xüsusiyyətə malikdir:

İltihabəleyhinə, ağrıkəsici və öskürək əleyhinə.

Agisept sorma pastili boğaz ağrısını sakitləşdirir, yumşaldıcı və antiseptik təsir göstərir. Boğazda bütün xoşagəlməz simptomları yüngülləşdirir.

Əgər sizdə də boğazda xoşagəlməz hisslər olarsa - ağrı, yanma, qaşınma, öskürək - dərhal Agisept sorma pastilini qəbul etməyə başlayın.

İki fərqli buraxılış forması var:

Agisept bal və limon
Agisept mentol-evkalipt
Böyüklər və 6 yaşdan yuxarı uşaqlar üçün uyğundur.


Etiketlər:  Soyuq payız aylarında boğaz ağrısı problemi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ