Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu şəhərlər bizim vilayətlərimiz olacaqdı''

''Bu şəhərlər bizim vilayətlərimiz olacaqdı''

Tarix: 13 Dekabr 2024 19:38

Suriyada baş verən hadisələr Türkiyənin bu ölkədə varlığının səbəbini göstərdi.

Sonxeber.net bildirir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Sakaryada mitinqdə çıxışı zamanı bildirib.

Ərdoğan "Türkiyənin Suriyada nə işi var" deyənlərin tarixdən xəbərsiz olduqlarını qeyd edib:

"Birinci Dünya Müharibəsindən sonra bölgəmizdəki sərhədlərin yenidən müəyyən edilməsi zaman şərtlər fərqli olsaydı Hələb, İdlib, Hama, Dəməşq, Rakka adlandırdığımız şəhərlər elə Antep, Hatay, Urfa kimi bizim vilayətlərimiz olacaqdı. Bu şəhərlər sərhədlərimizdən kənarda qaldığı üçün oradakı insanlarımızla əlaqələrimizi bütünlüklə kəsməli deyildik ki". /APA


Etiketlər:  şəhərlər bizim vilayətlərimiz olacaqdı


RƏYLƏR