Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2024 17:52
Rusiyanın Suvorov (Tula vilayəti) şəhərindən olan 25 yaşlı onkoloq vəzifə səlahiyyətlərindən istifadə etməkdə və dələduzluqda ittiham edilir.
Sonxeber.net xəbər verir ki, bu barədə Suvorov rayon prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Müstəntiqlərin fikrincə, həkim inkişafın ilkin mərhələlərində xəstəliyi müəyyən etmək üçün bonuslar almaq məqsədilə sağlam xəstələrə də xərçəng diaqnozu qoyub.
Onkoloq 2021-ci ilin avqustundan 2022-ci ilin noyabrınadək 13 sağlam pasiyentə xərçəng diaqonozu qoyub. Bunun sayəsində o, regional büdcədən 39 min rubl bonus alıb. Həkim xəstələrə faktiki tibbi yardım göstərməyib.
İttihamlara baxmayaraq, onkoloq günahını etiraf etməyib. Lakin o işdən azad edilib. Onkoloqun bank hesabına və maşınına həbs qoyulub.
Hazırda onkoloqu 80 min rubla qədər cərimə ilə altı ilə qədər həbs gözləyir. /Bizim.Media