Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2024 07:18
Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelashvili "İmedi" telekanalına müsahibə verib.
Sonxeber.net həmin müsahibədən əsas məqamları təqdim edir:
▪️ Komanda qərara gəldi ki, prezidentlik institutunu konstitusiya çərçivəsinə qaytaran şəxs mən olacam. Cənab Bidzina İvanişviliyə və bütün komandama mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm.
▪️ Mən İsveçrədə yaşamışam və o sakit ölkədə, hər hansı aksiya bir az şişirdilmiş xarakter daşıyanda polisin necə sərt şəkildə davrandığını, qadın və kişi arasında fərq qoymadığını təəccüblə müşahidə edirdim.
▪️ İndi isə mənim vətəndaşlarla, xüsusilə də mənimlə eyni fikirli olmayan insanlarla birbaşa danışmaq imkanım var. Mənim marağım ondan ibarətdir ki, müzakirələrə yol tapım və hər iki tərəflə həqiqəti danışa bilim.
▪️ Ölkənin maraqlarının müdafiəsinə yanaşmam parlament üzvü və "Xalqın Gücü" partiyasının nümayəndəsi kimi tutduğum mövqedən fərqlənəcək.
▪️ Gürcüstanın öz dəyərlərindən imtina edərək Aİ-yə daxil olması mənasızdır. Biz xalqımızın mədəniyyətini, dilini və inancını itirmək istəmirik. Biz Avropa İttifaqının üzvü olmaq istəyirik, amma olduğumuz kimi.
▪️ Zurabaşvili hökumətin siyasətinə qarşıdırsa, istefa verməli idi. Gürcüstan Konstitusiyası prezidentə hökumətlə qarşıdurmaya getmək imkanı vermir.
▪️ Son illər çıxışlarım ictimaiyyətə bir qədər sərt görünə bilərdi, lakin bu, həmin dövrdə qarşımdakı tapşırıqlarla əlaqədar idi.
▪️ Səmimiyyət mənim təbii vəziyyətimdir və bunu dəyişə bilmirəm, lakin bundan sonra ölkəmin maraqlarını başqa yolla müdafiə edəcəyəm. /musavat.com