Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2024 05:06
Paxlalı bitkilərdən olan bulqurun qida dəyəri son dərəcə yüksəkdir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bulqur yüksək miqdarda vitamin ehtiva edir.
Bulqur immunitet sistemi üçün faydalıdır və bədənin müqavimətini qorumağa kömək edir.
Bulqurun tərkibində ürək sağlamlığı üçün vacib olan qidalar var. Lif, kalium və maqnezium kimi minerallar sayəsində xolesterini aşağı salır, təzyiqi tənzimləyir və ürək xəstəlikləri riskini azaldır.
Bulqur B1 vitamini ehtiva edir və həzm sistemi üçün də çox faydalıdır.
Tərkibində kalsium olan bu qida sümüklər üçün də faydalıdır və sümüklərin möhkəm qalmasına kömək edir.
Bulqurda minerallar, xüsusilə zülal və kalsium çox yüksəkdir. Daimi bulqur istehlakı bağırsaq xərçəngi riskini azaldır. Həmçinin karbohidrat dəyəri azdır.
Qəbizliyin də qarşısını alan bulqur insanların suya ehtiyacını artırdığı üçün insanların gün ərzində bol su içməsini təmin edir.
Lifli qida olan bulqur yüksək toxluq hissi yaradır. Bu, arıqlamaq istəyən insanlar üçün çox vacibdir.
Tərkibində B1 vitamini, maqnezium və fol turşusu olan bulqur sinir sistemi və həzm sistemində mühüm rol oynayır.
Bağırsaqların nizamlı və sağlam işləməsini təmin edir. Eləcə də zehni rahatladır və yüksək miqdarda enerji verir.
Vitamin və mineralları ilə seçilən bulqur dəri sağlamlığını da dəstəkləyir. Saçların və dərinin gözəl və sağlam görünməsinə kömək edir.