Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsədin arvadı üçün bir ölkədən ömürlük giriş qadağası

Əsədin arvadı üçün bir ölkədən ömürlük giriş qadağası

Tarix: 24 Dekabr 2024 20:10

İngiltərə Suriyanın devrilmiş lideri Bəşər Əsədin britaniyalı həyat yoldaşı Esma Əsədin ölkəyə qayıtması planlarından narahatdır. İkili vətəndaşlığı olan Esma Əsədin İngiltərəyə dönəcəyi təqdirdə pasportunun ləğvi çağırışı edilib. 

Sonxeber.net-ın xarici KİV-ə istinadla xəbərinə görə, Esma Əsədin İngiltərədə dəbdəbəli həyata qayıtmasının onun milyonlarla qurbanına təhqir olacağı bildirilib.

İngiltərədəki siyasi dairələr Suriyanın devrilmiş lideri Bəşər Əsədin britaniyalı həyat yoldaşı Esma Əsədin ölkəyə mümkün qayıdış planları ilə bağlı həyəcan təbili çalıb. Səlahiyyətlilər ikili vətəndaşlığı olan Esma Əsədin pasportunu ləğv etməyə çağırıb.

ATƏT-in Minsk qrupu ləğv olunmalı, Ermənistan Konstitusiyasını dəyişməlidir - İLHAM ƏLİYEV
Rusiya Ukraynadakı müharibədə qalib gəlməməlidir - Merkel
Tarixin ən gənci: Ağ evin mətbuat katibi Kerolayn Livitt haqqında nə məlumdur? - ONU TANI

Bu ay Suriyada rejimin devrilməsindən sonra Rusiyaya sığınan Əsəd cütlüyü haqqında təəccüblü iddialar səsləndirilib. 49 yaşlı Esma Esadın xərçəng müalicəsi üçün İngiltərəyə qayıtmağı planlaşdırdığı bildirilir.

Ədliyyə naziri Robert Cenrik, "Əsədin həyat yoldaşının İngiltərədə dəbdəbəli həyata qayıtması onun milyonlarla qurbanına təhqir olardı" deyərkən, xarici işlər naziri Devid Lemmi deyib: "Sanksiyaya məruz qalan biri kimi o, İngiltərədə xoş qarşılanmayacaq".

Londonda doğulub böyüyən və uğurlu bank karyerasına malik Esma Esad 2000-ci ildə Bəşər Əsədlə ailə həyatı qurub. 2012-ci ildə Aİ-nin sanksiyaları çərçivəsində İngiltərədəki aktivləri dondurulan Esma Əsədə qarşı 2021-ci ildə Suriyada hərbi cinayətlərdə iştirak etdiyi iddiası ilə istintaq başladılıb.

İngiltərə hökuməti sanksiyaların və səyahət qadağasının davam edəcəyini bildirsə də, Əsəd cütlüyü hələlik boşanma xəbərləri ilə bağlı açıqlama verməyib. /Lent.az


Etiketlər:  Əsədin arvadı üçün ölkədən ömürlük giriş qadağası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ