Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ronaldo istedadlı deyil” - İbrahimoviç

“Ronaldo istedadlı deyil” -  İbrahimoviç

Tarix: 6 Dekabr 2019 11:32

Bir neçə gün əvvəl karyerasını İtaliyada davam etdirəcəyini açıqlayan Zlatan İbrahimoviç “Yuventus”un futbolçusu Kriştiano Ronaldo ilə mümkün rəqabətindən danışıb.

Qol.az xəbər verir ki, isveçli hücumçu “La Gazzetta Dello Sport”a açıqlamasında Ronaldonun istedadlı futbolçu olmadığını deyib:

“Əsl Ronaldonu İtaliyada tapacağam? Xeyr, əsl Ronaldo braziliyalıdır. Kriştiano istedadlı deyil, qazandıqları sadəcə, zəhmətinin bəhrəsidir”.

38 yaşlı forvard portuqaliyalı hücumçunun “Yuventus”a keçidini də tənqid etmişdi: “Əgər o yarış istəyirdisə, niyə B Seriyasında çıxış edən "Yuventus"a getmədi? 7 il ardıcıl çempion olan kluba getdi”.

Qeyd edək ki, İbrahimoviçin “Milan”a keçəcəyi gözlənilir.
 


Etiketlər:  Ronaldo istedadlı deyil İbrahimoviç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ