Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Liam Peynin ölümündə 5 nəfərin əli var

Liam Peynin ölümündə 5 nəfərin əli var

Tarix: 3 Yanvar 2025 08:35

Argentinalı hakim Laura Bruniard keçmiş "One Direction" qrupunun solisti Liam Peynin ölümü ilə bağlı 5 nəfəri ittiham edib.

Sonxeber.net xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.

Qəsdən adam öldürməkdə ittiham olunanlar arasında otel meneceri Gilda Martin və otel işçisi Esteban Qrassi də var. Otelin digər iki əməkdaşı, Brayan Paiz və Ezequiel Pereiraya narkotik tədarükü ilə bağlı ittiham irəli sürülüb.

Bu işdə həmçinin Peynin yaxın dostu olduğunu və öldüyü gün onunla birlikdə olduğunu iddia edən Rogelio Roger Nores də var.

Qeyd edək ki, 31 yaşlı müğənninin Argentinanın paytaxtı Buenos-Ayresdəki hotellərdən birinin 3-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib. Ekspertiza zamanı Liam Peyninin bədənindən müxtəlif narkotik vasitələr tapılıb. (Axşam.az)
 


Etiketlər:  Liam Peynin ölümündə nəfərin əli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ