Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2025 19:00
İranın "İstiqlal" klubunun müdafiəçisi Ramin Rezaeyan qadın azarkeşi qucaqladığı üçün külli miqdarda cərimələnib.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, dekabrın 26-da keçirilən İran çempionatının 14-cü turunda "Şadormalu" ilə oyundan əvvəl azarkeşlərdən biri Tehran komandasının avtobusuna minərək futbolçunu qucaqlayıb.
Bu an kameralara düşüb və nəticədə İran Futbol Federasiyasının etika komitəsi Rezaeyanın hərəkətini qeyri-idman davranışı hesab edərək, ona 510 milyon rial (təxminən 12 min dollar) məbləğində cərimə kəsib.
Qeyd edək ki, İranda qohum olmayan kişi və qadınların ictimai yerlərdə hər hansı formada fiziki təmasda olması ciddi qanun pozuntusu hesab olunur.