Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öskürək şikayəti ilə həkimə gedən qadın 20 dəfə əməliyyat olundu

Öskürək şikayəti ilə həkimə gedən qadın 20 dəfə əməliyyat olundu

Tarix: 4 Yanvar 2025 15:27

34 yaşlı sosial media fenomeni Yekaterina Badulina soyuqladığını düşünərək xəstəxanaya gedəndə dəhşətli həqiqəti öyrənib.

E-saglam.az xəbər verir ki, həkimlər, təngnəfəslik və öskürək şikayətləri ilə xəstəxanaya müraciət edən qadının ağciyərində əvvəlki əməliyyatdan qalan bir metal yay (tibbi cihaz) aşkar ediblər.

Qadın, nəfəs darlığı və yüksək hərarət səbəbindən xəstəxanaya müraciət edib. Vəziyyətinin pisləşməsi səbəbindən pnevmoniyaya tutulduğundan şübhələnirdi.

Bir il ərzində 20 əməliyyat keçirən qadının sözlərinə görə, həkimlər diaqnozu dəqiqləşdirmək üçün kompüter tomoqrafiyası həyata keçiriblər. Nəticədə, 5x16 millimetr ölçüsündə bir metal yay aşkar olunub. Həkimlər bunun həyati təhlükə yaratdığını bildirərək, hər an ölüm riski ilə üz-üzə olduğunu deyiblər. Ətraflı müayinələr zamanı yay qan dövranı vasitəsilə bədəndə hərəkət etdiyi müəyyən olunub.


Etiketlər:  Öskürək şikayəti ilə həkimə gedən qadın dəfə əməliyyat olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ