Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alman deputat məşhur tvitini sildi

Alman deputat məşhur tvitini sildi

Tarix: 6 Yanvar 2025 00:30

Almaniya Bundestaqının deputatı Roderix Kizevetter Olaf Şoltsun Moskvaya gedəcəyi ilə bağlı "X" platformasındakı paylaşımını silib. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputatdan Sosial Demokrat Partiyası (SPD) tələb edib.

Qeyd edək ki, R.Kizevetter Şoltsun fevralın 23-dən, yəni ölkədə keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərindən əvvəl Rusiya Prezidenti Vladmir Putinlə görüşmək üçün Moskvaya səfər edəcəyi ilə bağlı paylaşım etmişdi.

Lakin sonradan Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Olaf Şoltsla görüş planlaşdırmadığını açıqlamışdı.


Etiketlər:  Alman deputat məşhur tvitini sildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ