Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən yaxşı şahmatçısı subaylıq həyatı ilə vidalaşdı

Dünyanın ən yaxşı şahmatçısı subaylıq həyatı ilə vidalaşdı

Tarix: 6 Yanvar 2025 09:36

Şahmat üzrə 16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen sevgilisi Ella Viktoriya Meloun ilə ailə qurub.

Sonxeber.net xəbər verir ki, planetin ən yaxşı şahmatçısının və onun nişanlısının toy mərasimi Norveç paytaxtının ən hündür nöqtəsində, Holmenkollen ərazisində yerləşən kilsədə baş tutub.

Bəzi KİV-in məlumatına görə, Ella Viktoriya Meloun Osloda anadan olub və Norveç-Amerika əsillidir. Onun 26 yaşı var, Karlsendən səkkiz yaş kiçikdir.

Şahmat kralının toyu 2024-cü ildə Nyu-Yorkda (ABŞ) keçirilən dramatik Dünya Kubokundan bir neçə gün sonra baş tutub, burada Maqnus qalmaqallı şəkildə sürətli turniri başa çatdıra bilməmişdi.

Lakin sonra FİDE norveçli qrossmeysteri blits yarışlarına qaytarıb.

O, blitsdə qızıl medal qazanaraq rusiyalı Yan Nepomnyaşı ilə titulunu bölüşüb./lent.az


Etiketlər:  Dünyanın yaxşı şahmatçısı subaylıq həyatı ilə vidalaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ