Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi

Prezident: Biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi

Tarix: 7 Yanvar 2025 22:57

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşüb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı bildirib: "Biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir".

Prezident vurğulayıb ki, Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. "Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir", - deyə dövlətimizin başçısı əlavə edib.

Azərbaycan Prezidenti, eyni zamanda, İsrail-Fələstin məsələsində də mövqeyimizin dəyişməz olaraq qaldığını söyləyib.


Etiketlər:  Prezident çox şadıq Suriyada dəyişikliklər baş verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ