Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2025 10:33
Türkiyənin yeni səfiri Birol Akgünün Azərbaycanda diplomatik fəaliyyətinə nə vaxt başlayacağı məlum olub.
Sonxeber.net xəbər verir ki, diplomatın gələn ay Bakıya gələcəyi və fevralın 1-dən vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Birol Akgün bundan əvvəl Türkiyə Maarif Fondunun sədri olub.
Prezidentin qərarına görə, əsasən, xarici işlər nazirinin müavini və Türkiyənin bir sıra ölkələrdəki səfirliklərinə də təyinatlar olub. Belə ki, Zeki Levent Gümrükçü xarici işlər nazirinin müavini təyin edilib. Eyni zamanda, Ferhat Alkan Türkiyənin Mozambikdə səfiri, Prezidentin baş müşaviri Yakup Caymazoğlu isə İordaniya Haşimilər Krallığında səfir təyin olunublar. Dövlət başçısı Kuba və BƏƏ-yə də yeni səfirlər təyin edib./report