Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2019 19:56
Bakı. Trend:
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın bütün bölgələrində olduğu kimi, Balakən rayonunda da böyük rəğbətlə qarşılanıb. Genişmiqyaslı kampaniya çərçivəsində dekabrın 6-da keçirilən ağacəkmə aksiyasında 2 minədək rayon sakini iştirak edib.
Trend-in məlumatına görə, aksiya zamanı Balakən Olimpiya İdman Kompleksinin həyətində, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun kənarlarında, Qazbinə kəndinin ərazisində minlərlə Eldar şamı, Xan çinarı və digər növ ağac tingləri əkilib.
Genişmiqyaslı ağacəkmə aksiyaları şimal-qərb bölgəsinin digər rayonlarında da böyük ruh yüksəkliyi və bayram əhval-ruhiyyəsi ilə keçirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin