Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fındıq istehsalçıları və ixracatçıları nələrə diqqət etməlidir?

Fındıq istehsalçıları və ixracatçıları nələrə diqqət etməlidir?

Tarix: 7 Dekabr 2019 07:48

Bakı. Trend:

Fındıq məhsulunda aflatoksin maddəsinə daha sıx rast gəlinir. Bu, insan və heyvan sağlamlığı üçün müəyyən risklər yaradır. Kif göbələklərinin inkişafı bağda başlamaqla, saxlama və daşıma şəraitində də baş verə bilər.

Trend-in Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, fındıqda "Aspergillus flavus" və "Aspergillus paraticus" adlı kiflər insanlar üçün toksin olan "aflatoksin" adlı mikotoksin ifraz edir.

Aparılan tədqiqatlara görə, qabıqlı fındıqda məhsul yığımı, qurutma və saxlama müddətində "Penicillium", "Aspergillus" və "Rhizopus" cinsinə aid növlərə rast gəlinib. Qabıqlı fındıqda "Aflavus" inkişafı ağacda başlamaqla məhsul yığımı boyunca artmaqdadır. Ancaq xırman və saxlamada qabığı çatlamış fındıq dənələri xaricində ağacdakı və yerdəki fındıq dənələrində "Aflavus" aşkar edilməyib. Aflatoksinin əmələ gəlməsi mühitin nəmli olması ilə bağlıdır. Yağışın çox olduğu vəziyyətlərdə kiflərin miqdarı artmaqdadır. Bu səbəbdən, xüsusilə yağışlı havalarda yerə düşmüş istər qabıqlı, istərsə də qabıqsız fındıqların yerdə uzun müddət qalmasının qarşısı alınmalıdır.

Kiflər fındıqda zülal, yağ və karbohidratları enzimatik fəaliyyətlərlə parçalayaraq qidanın tərkibini dəyişdirməyə, yağ tərkibinin azalmasına, sərbəst yağ turşusu miqdarının artmasına, zülalların parçalanmasına, amin turşularının birləşməsində dəyişiminə, qida dəyərinin düşməsinə, rəng dəyişiminə, pis qoxu yaranmasına, dad dəyişiminə, çəki itkisinə və toksin yaranmasına səbəb olur. Kiflər sağlam qidanın içinə də girə bildikləri üçün fındığa bakteriyalardan daha artıq zərər verir.

Yüksək rütubətli yerlərdə saxlanılan fındıqlarda mikrobiyal mənbəli invertaz fermenti saxarozanı parçalayaraq qlükoza və fruktoza yaradır. Təzə fındıqda 0.05 qr/100 qr olan qlükoza, fruktoza miqdarlarının 0.1 qr/100 qr artması fındıqların köhnə və ya pis depolandığını göstərir. Saxaroza miqdarının 4 qr/100 qr-dan 2 qr/100 qr-a düşməsi fındıqların xarab olduğunu göstərir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Fındıq istehsalçıları ixracatçıları nələrə diqqət etməlidir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ