Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2019 09:00
Bakı. Trend:
ABŞ hökuməti, "Amazon" şirkətinin bəzi xarici filiallarının kontrafakt məhsullar yayan ticarət platformaları siyahısına salınma ehtimalını nəzərdən keçirir.
Trend-in məlumatına görə, müvafiq tədbirlər, hər il saxta və pirat malların satışını asanlaşdıran və ya yayan bazarların siyahısını dərc edən ABŞ-ın Ticarət Nümayəndəliyi tərəfindən həyata keçirilə bilər. Siyahının yaxın bir neçə həftə ərzində yayımlanacağı qeyd olunur və hələlik yekun qərar verilməyib. Mənbələrə görə, keçən il oxşar təşəbbüs uğursuz olub.
Öz növbəsində, onlayn rieltor mağazasında saxta məhsulların satışını qəti qadağan etdiyini və mağazanın, müştərilərin və markaların qorunmasına çoxlu sərmayə qoyulduğunu söyləyib.
"Amazon" dünyanın ən böyük onlayn pərakəndə satıcılarından biridir. ABŞ-dan əlavə şirkət Kanada, Çin, Braziliya, Yaponiya və Avropa ölkələrində fəaliyyət göstərir. Amazon.com onlayn mağazası 1995-ci ilin iyulunda fəaliyyətə başlamışdır. 30 iyun 2018-ci il tarixinə şirkət işçiləri 575,7 min nəfər təşkil etmişdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin