Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2025 07:36
07:34
Zirəddinin proqnozu ilə bağlı Publika.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə əlaqə saxlayıb.
Qurumun informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı qeyd edib ki, zəlzələnin dəqiq proqnozu yoxdur:
"Dünyanın heç bir seysmoloqu, alimi zəlzələnin olacağı günü, ayı, saatı təyin edə bilməz. Hələ ki dünya seysmologiya elmi zəlzələnin dəqiq proqnozunu verə bilmir. Dünyanın hər yerində, xüsusilə də seysmoloji bölgələrdə hiss olunan, hiss olunmayan zəlzələr olur. Bu məlumatlar da mütəmadi olaraq paylaşılır ki, hər kəs görsün. Bir sözlə, falçılara şərh vermirik".
---------------
2025.01.23
Kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev yaxın günlərdə dəhşətli zəlzələ olacağı proqnozunu verib.
Sonxeber.net xəbər verir ki, ekstrasens bu barədə Teleqram kanalında paylaşım edib.
"2021-ci ildən bu günə qədər zəlzələlərin olacağı proqnozunu verirdim. Eyni zamanda Türkiyədə baş verən dəhşətli zəlzələni də öncədən bildirmişdim.
Çox təəssüf ki, 2025-ci il də bu siyahıdan kənar deyil. Bir həftə ərzində, xüsusilə də 23-24 yanvar tarixləri arasında zəlzələlər olma ehtimalı çox böyükdür. Əsasən də isti iqlimə sahib ölkələr daha çox risk altındadır", - deyə o qeyd edib.